Advertisment

Budanov: Heç kimin şəhərlərimizin küçələrində atəş açmaq hüququ yoxdur

Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Kirill Budanov Kiyevdəki atışmaya münasibət bildirib.

Herbiand.az bu barədə RBC-Ukraynaya istinadən xəbər verir.

Budanov deyib ki, heç kimin hərbçiləri qaçırmaq, şəhərlərimizin küçələrində atəş açmaq və ya cəzasızlıqla cinayət əmrləri vermək və yerinə yetirmək hüququ yoxdur. Onun sözlərinə görə, Dövlət İstintaq Bürosu və Ukrayna Baş Prokurorluğu vəziyyəti araşdırır.

Qeyd edək ki, yerli mətbuatda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları arasında Kiyevdə atışmanın baş verdiyi barədə məlumatlar yayılıb.

Bəxtiyar CƏFƏRLİ