Qara dənizdə Ereğli, Sakarya-Karasu, İstanbulun Karaburun, Türkeli Dəmir Sahəsi və Çatalca bölgələrində suyun üzərində aşkarlanan şübhəli cisimlər sualtı müdafiə qrupları tərəfindən yerindəcə məhv edilib.
Herbiand.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Qara dənizdə axınla hərəkət edən minalarla bağlı təhlükəyə qarşı Dəniz Qüvvələri Komandanlığına aid gəmilər və dəniz aviasiya vasitələri ilə kəşfiyyat-müşahidə fəaliyyəti müntəzəm davam etdirilir”- Nazirliyin sosial media hesabında yayılan xəbərdə bildirilir.