Advertisment

YAP-da qurultay hazırlıqlarına start verildi

Hakim Yeni Azərbaycan Partiyası (YAP) növbəti, 8-ci qurultaya hazırlıqlara başlayıb.

Herbıand.az-in əldə etdiyi məlumata görə, artıq partiyanın rayon və şəhər təşkilatlarında konfranslara start verilib.

YAP-ın yerli təşkilatlarında keçirilən konfranslarda partiyanın növbəti qurultayında iştirak edəcək nümayəndələr seçilir. Rayon və şəhər təşkilatlarında hakim partiyanın növbəti qurultayı ilə bağlı verilən təlimata uyğun işlər icra edilir.

Partiyanın qurultayına hazırlıq məqsədilə artıq bir neçə rayon təşkilatının konfransı başa çatdırılıb.

Əldə edilən məlumata əsasən, YAP-ın növbəti qurultayının 30 sentyabrda və ya oktyabrın ilk on günlüyündə keçirilməsi nəzərdə tutulub.

Partiyanın rayon və şəhər təşkilatlarının konfransları yekunlaşdıqdan sonra qurultay nümayəndələrinin tam siyahısı müəyyənləşəcək. Bundan sonra isə partiyanın qurultayı ilə bağlı qərar veriləcək.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) sonuncu, 7-ci qurultayı 5 mart 2021-ci ildə keçirilib.

Teleqraf