Estoniya Ukraynaya ayrılmış vəsaitlə almalı olduğu sursatın təxminən üçdə birini təmin edə bilməyib.
Herbiand.az bildirir ki, bu barədə Postimees qəzeti Dövlət Müdafiə İnvestisiya Mərkəzinin məlumatına istinadən xəbər verib.
"Estoniya Ukraynaya Avropa Sülh Fondu (EPF) və digər açıqlanmayan donor ölkələr tərəfindən maliyyələşdirilən ümumi dəyəri 585 milyon avro olan sursat tədarük etməli idi. Lakin ümumi məbləğin təxminən üçdə birinin, yəni 183 milyon avro məbləğində tədarük baş tutmadı. Bundan əlavə, Estoniya vergi ödəyicilərinin bu məbləğin 72 milyon avrosunu zərər kimi silmək riski var", - qəzet yazır.
Dondurulmuş Rusiya aktivlərindən əldə edilən vəsaitlər EPF və donor ölkələr vasitəsilə ötürülüb. Onlardan dünyanın müxtəlif yerlərindən müxtəlif növ sursatların alınması və sonra Ukraynaya ötürülməsi üçün istifadə edilməsi nəzərdə tutulurdu.
Bəxtiyar CƏFƏRLİ