ABŞ-ın Kentukki ştatının keçmiş qubernatoru Mett Bevin Parisdə Milad barəsində film çəkilişi zamanı həbs edilib. Məhkəməyə hörmətsizlik etdiyinə görə hakim onun barəsində həbs qərarı verdikdən sonra polis keçmiş qubernatorun dalınca gəlib.
Herbiand.az bildirir ki, bu barədə People nəşri yazıb.
59 yaşlı respublikaçı filmdə kiçik bir rol oynamalı idi, lakin çəkiliş günü hüquq-mühafizə orqanları ilə görüşlə yekunlaşıb. Polis Bevinin yerini onun çəkiliş meydançasında çəkilmiş şəklini sosial mediada paylaşdıqdan sonra tapa bilib.
Məhkəmə prosesi onun övladlığa götürülmüş oğlu Conan ilə bağlıdır. O, Bevin və keçmiş həyat yoldaşı Qlennanı fiziki və psixoloji zorakılıqda ittiham edir. Conan həmçinin, valideynlərinin onu Yamaykadakı internat məktəbinə göndərdiyini və orada uşaqların zorakılığa məruz qaldığını iddia edib.
Bevin bir neçə məhkəmə iclasına gəlməyib. O, iclaslardan birini buraxdığını Mendəki evinə böyük bir qayanın düşməsi ilə izah edib, lakin məhkəmə bu səbəbi əsaslı hesab etməyib.
Növbəti dəfə məhkəməyə gəlmədikdən sonra hakim məcburi gəlmə üçün qərar çıxarıb. 4 sentyabrda Bevin məhkəməyə hörmətsizlik etməkdə təqsirli bilinərək iki ay həbs cəzasına məhkum edilib. Yaxşı davranışla cəza bir aya endirilə bilər.
Bəxtiyar CƏFƏRLİ