Advertisment

Rusiyalı rejissor xüsusi hərbi əməliyyat başlayandan sonra ölkəni tərk edənləri tənqid edib

Rusiya Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, aktyor, rejissor Nikita Mixalkov 2022-ci ildə xüsusi hərbi əməliyyat başlayandan sonra ölkəni tərk edənləri sərt tənqid edib.

Herbiand.az bu barədə Rusiya mətbuatına istinadən bildirir.

O, deyib ki, 2022-ci ildən sonra ölkəni tərk edən rusların əksəriyyəti geri qayıtmamalıdır, çünki onların getmə səbəbi əşyalarını itirmək qorxusu idi: "Gedənlərin əksəriyyəti getmələrini guya təcavüzlə razılaşmamaqla izah etdi, baxmayaraq ki, əslində əşyalarını itirməkdən qorxurdular. Mən, getdikdən sonra qayıtmağın mənası olmadığına əmin olan Vasili Vasilyeviç Rozanovla tamamilə razıyam", - Mixalkov qeyd edib.

Rejissor həmçinin, getdikdən sonra bağışlanmaya çalışmaq cəhdlərindən danışıb. O, bu cür söhbətləri boş adlandırıb.

Bəxtiyar CƏFƏRLİ