Advertisment

Krıma növbəti hava hücumu: 2 nəfər ölüb

Krımda hava hücumu nəticəsində insan tələfatı qeydə alınıb.

Herbiand.az xarici mediaya istinadən xəbər verir k, iki nəfər ölüb, bir nəfər isə yaralanıb.

Bu barədə Krım Respublikasının rəhbəri Sergey Aksyonov sosial şəbəkə hesabında məlumat verib.

“Krım Respublikasına növbəti hücum nəticəsində, təəssüf ki, itkilər var. Simferopol rayonunda iki nəfər həlak olub, daha bir nəfər yaralanıb” – deyə, Aksyonov bildirib.

Respublika lideri hava hücumu nəticəsində həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib. Onun sözlərinə görə, hakimiyyət orqanları tərəfindən zərərçəkənlərə bütün lazımi yardım göstəriləcək.

Herbiand.az