Advertisment

Rusiya Ukrayna üzrə üçtərəfli danışıqlar formatının bərpa olunacağına ümid edir

Rusiya ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə ümid edir.

Herbiand.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Rusiya məqsədlərinə çatmaq niyyətindədir, lakin bunu sülh yolu ilə etməyə üstünlük verir.

Peskovun sözlərinə görə, Ukraynadakı münaqişəni Rusiya başlatmayıb və ya buna can atmayıb, əksinə, onu həll etməyi hədəf seçib.

Kremlin sözçüsü hesab edir ki, Rusiya Ukraynada sülhə hazırdır və üçtərəfli danışıqların bərpasına ümid edir, lakin hər şey Kiyevdən asılıdır.