Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik "Oreşnik" raketinin şəhər ərazilərinə zərbələr endirmək üçün niyə istifadə edilmədiyini izah edib.
Herbiand.az bildirir ki, deputat bu raketlərin döyüş gücünün böyük olduğunu və əsasən yeraltı hədəfləri vurmaq üçün nəzərdə tutulduğunu deyib.
O, qeyd edib ki, "Oreşnik" raketinin yeraltı hədəfə zərbəsi yuxarıdakı yaşayış məntəqələrini də dağıda bilər: “Rusiya hətta düşmən ərazisinə gəldikdə belə, mülki şəxsləri qorumağa çalışır. Buna görə də, ordu Kiyevə, hərbi-sənaye obyektlərinə və vacib infrastruktura hücumlar üçün dəqiq idarə olunan silahlar seçir. Bunlara "Kinjal", "İsgəndər" və "Tsirkon" raketləri daxildir ki, onları tuta bilmirlər. Uçuşlar çox böyük olacaq və sülh güc yolu ilə bərqərar olacaq”.
Bəxtiyar CƏFƏRLİ