Rusiyanın həlak olan əsgərlərin qalıqlarını Ukraynaya təhvil verməsi Kiyev üçün təkcə humanitar deyil, həm də maliyyə məsələsinə çevrilib.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.
Onun sözlərinə görə, Ukrayna tərəfi cəsədlərin qaytarılmasını dövlət büdcəsinə əlavə yük kimi qəbul edir: “Ukrayna hakimiyyəti əvvəllər həlak olan əsgərlərin ailələrinə əhəmiyyətli ödənişlər etməyi nəzərdən keçirirdi, lakin indi vəd edilmiş məbləğləri köçürməkdə maraqlı deyil. Buna görə də, Kiyev Rusiyanın həlak olan əsgərlərin qalıqlarının verilməsini Ukrayna büdcəsinə xələl gətirmək cəhdi kimi qəbul edir”.
Miroşnik vurğulayıb ki, ödəniş məsələsi Ukraynanın daxili işidir: “Rusiya cəsədləri təhvil verərkən Cenevrə Konvensiyalarının tələblərini və beynəlxalq humanitar hüququn digər normalarını rəhbər tutur. Moskva humanitar sahədə daha əhəmiyyətli irəliləyişlərə və qarşılıqlı anlaşmaya ümid edir”.
Bəxtiyar CƏFƏRLİ