Advertisment

Yaponiya Kuril adalarına görə BMT-yə etiraz etdi

Yaponiya hökuməti BMT-nin yeni dünya xəritəsinə etiraz edib. Herbiand.az xarici mediaya istinadən xəbər verir ki, Tokio Kuril adaları ilə bağlı BMT-nin yeni dünya xəritəsinə düzəliş edilməsini tələb edib.

“The Guardian” qəzetinin yazdığına görə, Yaponiya BMT-nin yeni xəritəsini dəstəkləyən 164 üzv ölkədən biri olub. Bununla belə Tokio xəritədə Kuril adalarının Rusiya ilə eyni rəngdə göstərilməsinə etiraz edib.

Xəritədə bu ərazinin Rusiya Federasiyasının nəzarətində olduğu qeyd edilsə də, Yaponiya da adalara iddia edir.

“Yeni xəritədə Yaponiya hökumətinin mövqeyinə zidd təsvir yer alıb”- Yaponiya hökumətinin nümayəndəsi Minoru Kihara belə deyib. Onun sözlərinə görə, Tokio artıq BMT-yə etiraz notası göndərib və xəritəyə düzəliş edilməsini tələb edib.

Qeyd edək ki, sentyabrın 4-də BMT Baş Assambleyasının iclasında yeni dünya xəritəsinin qəbul edilməsi ilə bağlı səsvermə keçirilib.

E.Cəfərli

Herbiand.az