Şimali Kipr Türk Respublikasında baş vermiş gəmi faciəsində ölənlərin ssayı 12-ə çatıb. Herbiand.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Baş naziri Ünal Üstel qəza ilə bağlı aparılan axtarış-xilasetmə tərdbirləri ilə bağlı məlumçat verib. Onun sözlərinə görə, Girnə faicəsində itkin düşən 16 nəfərin axtarışları davam edir.
Girnə limanından Mersindəki Taşucu limanına səfər edən “Filo Jet” adlı sürətli sərnişin gəmisi avqustun 30-da günorta saatlarında yola düşdükdən qısa müddət sonra ön hissəsindən su almağa başlayıb.
Gəmi Girnə limanına qayıtmağa çalışarkən batıb. Hadisə zamanı dənizdən çətin vəziyyətdə qalan 239 nəfər xilas edilib.
Xilasedicilər batmış gəminin qalıqlarının Girnə sahillərində 554 metr dərinlikdə olduğu bildirmişdi.
“Davam etdirilən axtarış işləri zamanı daha iki nəfərin nəşi tapılıb. Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərinin apardığı axtarışlar nəticəsində aşkarlanan hər iki şəxsin qadın olduğu müəyyən edilib. Polis oqranları hazırda onların şəxsiyyətini müəyyənləşdirir”-deyə, baş nazir bildirib.
Hebriand.az