Advertisment

81 ildən sonra ilk: Hərbi təlimlər dayandırıldı-SƏBƏB

İngiltərədə ordunun genişmiqyaslı təlimləri dayandırılıb. Herbiand.az xəbər verir ki, buna səbəb ölkədə yaranmış büdcə çatışmazlığıdır. Məlumata görə, Uelsdə 90 hərbçinin, həmçinin tankların və döyüş helikopterlərinin iştirakı ilə keçiriləcək 6 həftəlik təlim ləğv edilib. 

Rusiyadan gələn təhdidlərin artdığı dövrdə belə bir qərarın qəbul edilməsi ciddi müzakirələrə səbəb olub. Skandal qərarı sərt tənqid edən veteran hərbçi Castin Makiejevski bildirib ki, 1945-ci ildən bu yana, yəni 81 ildir ki, İngiltərə ordusunda belə bir hal müşahidə edilməyib. 

Qərara əsasən yalnız xaricdə xidmətə göndəriləcək və ya İngiltərədə fövqəladə müdaxilə üçün hazır vəziyyətdə saxlanılacaq hərbi hissələr normal təlim proqramlarını davam etdirə biləcək.

Əsgərlərin kiçik qruplar halında silahdan istifadə, nəqliyyat vasitələrinin idarə edilməsi, fiziki hazırlıq və dron təlimləri kimi əsas fəaliyyətləri isə davam etdiriləcək.

Herbiand.az