Rusiyada 5G rəsmi olaraq istifadəyə verilib.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 5G xidmətinin birinci mərhələsi Moskva və Sankt-Peterburq da daxil olmaqla 10 milyon insan üçün 16 şəhərdə istifadəyə verilib.
Hakimiyyət 2026-cı ilin sonuna qədər əlavə 50 şəhərdə 5G-nin istifadəyə verilməsi üzərində işləyirlər.
Qeyd olunub ki, bütün Android cihaz istifadəçiləri tezliklə 5G-yə çıxış əldə edəcəklər, iPhone ilə bağlı qərar Apple-dan asılıdır.