Çində Yaponiya imperator ordusuna aid İkinci Dünya müharibəsi dövründən qalan kimyəvi silahları aşkarlanıb. Herbiand.az xarici mediaya istinadən xəbər verir ki, kimyəvi silah arsenalı Rusiya sərhədinə yaxın məsafədə tapılıb.
Rusiyanın Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatındakı daimi nümayəndəsi Vladimir Tarabrin TASS-a açıqlamasında deyib ki, vəziyyət ciddi təhlükə yaradır.
Beləki kimyəvi silah arsenallarının bəziləri Rusiya sərhədindən cəmi 20 kilometr aralıdadır.
Onun sözlərinə görə, sızma və yeraltı suların çirklənməsi ehtimalı həm insanlar, həm də ətraf mühit üçün risklər yaradır.
“Kimyəvi silahların məhv edilməsi prosesi onilliklər çəkəcək. Hər bir mərmi diqqətlə çıxarılmalı, xüsusi təyinatlı məkanlara daşınmalı və daha sonra xüsusi kameralarda utilizasiya edilməlidir”-deyə, ekspert bildirib.