Advertisment

T-80BVM tankları yeni anti-dron müdafiəsi ilə təchiz edilib

"Uralvaqonzavod" (“Rostex”-in bir hissəsi) T-80BVM tankları üçün yeni hərtərəfli hücum müdafiəsi dəsti hazırlayıb və seriyalı istehsala təqdim edib.

Herbiand.az bildirir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, döyüş maşınlarını PUA-nın hücumlarından qorumaq üçün hazırlanmış yeni sistemin əsas xüsusiyyəti xüsusi yüksək möhkəmlikli polad kabellərin istifadəsidir.

Əvvəllər oxşar qoruyucu ekranlar təmir briqadaları və birbaşa döyüş zonasında olan heyətlər tərəfindən istehsal olunurdu. Zavodun mətbuat xidməti qeyd edib ki, "Uralvaqonzavod" dizaynerləri bu təcrübəni təhlil edərək sahə modifikasiyalarına etibarlı, standart alternativ yaradıblar.

Əsas kalibr daha inkişaf etmiş 125 mm 2A46M-4 topu ilə əvəz edilib. T-80BVM düşmən mərmilərindən və raketlərindən müasir "Relikt" partlayıcı reaktiv zireh blokları ilə qorunur. Yenilənmiş tanklarda yanacaq sərfiyyatı da azaldılıb.

Bəxtiyar CƏFƏRLİ