Rusiya Federasiyası Prezidentinin müşaviri və Şərq İqtisadi Forumunun Təşkilat Komitəsinin icraçı katibi Anton Kobyakov Ukraynadakı münaqişədə geri dönüş nöqtəsi mərhələsinin artıq keçildiyini bildirib.
Herbiand.az xəbər verir ki, bu barədə o, Forumda deyib.
"Ukraynada geri dönüş nöqtəsi mərhələsi keçib, bu - məhv olmaqdan başqa bir şey demək deyil və bu ölkəni yalnız Rusiya xilas edə bilər", - Kobyakov deyib.
Onun sözlərinə görə, son zamanlar Ukraynada əsgər çatışmazlığı səbəbindən çağırış siyasətinin dəyişdirilməsi ilə bağlı suallar getdikcə daha çox qaldırılır. Bu baxımdan, o, qadınların səfərbər edilməsini müdafiə edən keçmiş ABŞ prezidentinin elçisi Kit Kelloqun açıqlamasını, eləcə də Kiyevdə yeni əsgərlər üçün çağırış yaşının 20-yə endirilməsi ilə bağlı səsləndirilən təklifləri xatırladıb.
Prezidentin müşaviri qeyd edib ki, bu vəziyyət ölkədəki əlverişsiz demoqrafik vəziyyət fonunda inkişaf edir: “Hər yeni doğulmuş körpəyə dörd ölüm düşür. Qərb Kiyevə böyük sərmayə qoymaqla münaqişənin həllini gecikdirməyə çalışaraq mövcud vəziyyətdə mühüm rol oynayır”.
Bəxtiyar CƏFƏRLİ