Ukrayna ordusu Rusiyanın dərinliklərinə hava zərbələri zamanı hücum dronlarından istifadə qaydalarını daim dəyişdirir, uçuş hündürlüyünü bir neçə kilometrdən ağacların yuxarı budaqlarına qədər dəyişir.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik qüvvələri TASS agentliyinə bildirib.
Agentliyin mənbəyinə görə, Ukrayna Silahlı Qüvvələri həmçinin, hücum dronlarının sayını artırır və uçuş marşrutları ilə təcrübələr aparır. Bəzi hallarda dronları mobil atəş qruplarının effektiv diapazonundan uzaqlaşdırmaq ümidi ilə daha yüksəklərə qaldırılır. Digər hallarda isə dronların radar və hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanmanı çətinləşdirmək üçün son dərəcə aşağı hündürlüklərdə uçurulur.
Təhlükəsizlik qüvvələri qeyd edib ki, marşrutlarda və hündürlüklərdə daimi dəyişikliklərə baxmayaraq, düşmən Rusiya hava hücumundan müdafiə sistemini çaşdıra bilmir.
Bəxtiyar CƏFƏRLİ