Rusiya Federasiyasının 12 subyektinin 20 seçki məntəqəsində 36 800-dən çox seçki bülleteni etibarsız sayılıb.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova bildirib.
Pamfilova Rusiya MSK-nın informasiya mərkəzində 9-cu çağırış Dövlət Dumasına deputat seçkilərinin ilkin nəticələrinin yekunları barədə bunu deyib: “Hazırda Rusiya Federasiyasının 12 subyektində: Buryatiya Respublikasında, Krımda, Mari Eldə, Saxa (Yakutiya) və Çuvaşiyada, Krasnodar diyarında, Arxanqelsk, Kaluqa, Kirov, Oryol və Samara vilayətlərində, habelə Moskvada 20 seçki məntəqəsində 36.850 bülleten etibarsız elan edilib”.
O, Rusiyada ümumilikdə, 90 mindən çox seçki məntəqəsi olduğunu nəzərə alaraq etibarsız sayılmış bülletenlərin sayını minimal adlandırıb.
Qeyd edək ki, sentyabrın 18-dən 20-dək Rusiyada IX çağırış Dövlət Dumasına deputatların seçkiləri və onlarla birlikdə digər seçki kampaniyaları keçirilib.
Bəxtiyar CƏFƏRLİ