Advertisment

Şəhid anaları İstanbulda Nuru Paşanın məzarını ziyarət edib-FOTOLAR

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbasın təşkilatçılığı ilə bir qrup şəhid anası və ailəsi Türkiyəyə səfər edib. Herbiand.az xəbər verir ki, 15 sentyabr 2026-cı il tarixində İstanbul şəhərində Edirne Kapı məzarlığında 1918-ci ilin 15 sentyabrında Bakını erməni və rus hərbi birləşmələrinin işğalından azad etmiş Qafqaz İslam Ordusunun Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarını ziyarət edib.

Şəhid anaları qəhrəman türk paşasına öz vəfa borclarını yerinə yetiriblər. Nur Paşanın və Bakı uğrunda mübarizədə şəhid olmuş türk hərbçilərinin ruhuna dualar oxunub. Görüşlərdə Azərbaycanın İstanbul şəhərindəki Baş konsulu Zamin Əliyev, Azərbaycan diasporasının nümayəndələri, şəhərin bələdiyyə rəhbərliyi, digər rəsmi şəxslər və QHT nümayəndələri iştirak ediblər.

Radə Abbas bildirib ki, həmin gün Balkanlarda Türkləri Yardımlaşma Dərnəyinin sədri Bedrettin Sevimlə də görüş keçirilib. O qeyd edib ki, 15 sentyabr 2026-cı il tarixində Dünya Balkanlar Dəstəyi ilə görüş baş tutub. Görüş işgüzar şəraitdə keçirilib, tərəflər arasında gələcək əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Elman Ceferli

Herbiand.az