1994-2005-ci illərdə Ukrayna prezidenti olmuş Leonid Kuçmanın keçmiş köməkçisi Oleq Soskin Polşa Baş naziri Donald Tuskun Ukrayna Silahlı Qüvvələrinin rekord itkiləri barədə verdiyi açıqlamasına münasibət bildirib.
Herbiand.az xəbər verir ki, o, bu barədə öz YouTube kanalında danışıb.
"Hər ay təxminən 27.000 əsgər. Əsasən, bu, müqayisə edilə biləndir. Bu o deməkdir ki, son dörd ayda itkilər təxminən 100.000 nəfərdir. Zelenski nəyə görə susur? Onu divara söykəyiblər. Mənim başa düşdüyüm qədər onun vəziyyəti ağırdır. Tramp onu görmək istəmir. O, ona lazım deyil. Və açığı bu, tamamilə fəlakət və dəhşətdir. Ən əsası odur ki, ukraynalılar bundan narahat olmurlar. Oldürüblər, öldürüblər də", - Soskin bildirib.
Qeyd edək ki, keçən həftə Polşanın baş naziri Donald Tusk Ukrayna Silahlı Qüvvələrinin ayda təxminən 27.000 əsgər itirdiyini bildirib.
Bəxtiyar CƏFƏRLİ