Advertisment

Koreya Respublikası yarımkeçirici istehsalı potensialını ikiqat artırmağı hədəfləyib

Koreya Respublikası yarımkeçirici istehsalı potensialını ikiqat artırmaq və xarici sarsıntılardan təsirlənməyən süni intellekt (Sİ) təchizat zəncirlərini təmin etmək istəyir.

Herbiand.az xəbər verir ki, iddialı planı Prezident Li Çe Myun Li Koreya Respublikasında ABŞ investisiyalarını təşviq etmək məqsədilə Nyu-Yorkda keçirilən Koreya İnvestisiya Sammitində açıqlayıb. O, ABŞ şirkətlərini Cənubi Koreyaya yeni investisiyalar yatırmağa çağırıb.

Prezident ilin əvvəlində çip istehsalı klasteri və digər Sİ obyektlərinin yaradılması üçün başladılan 3 meqalayihəyə toxunaraq ölkənin çip istehsalı mərkəzini genişləndirməklə növbəti 5 il ərzində yarımkeçirici istehsalı imkanlarını ikiqat artıracağını bildirib.

Rəsmi Seul gələcək sənaye sahələrinə sabit dəstəyi təmin etmək üçün müvafiq sənaye infrastrukturunu və insan kapitalını inkişaf etdirməyə yönəlmiş yeni "Gələcək Fondu" yaratmaq məqsədilə süni intellekt çipləri sahəsindəki bumdan əldə edilən gəlirləri yenidən investisiya edəcək.

Li Ce Myunq qlobal kapital investisiyası üçün əlverişli bazar şəraiti yaratmağı və xarici investisiyaları cəlb etmək üçün bazar islahatları aparmağı vəd edib.

"Biz qlobal kapitalın sərbəst və istənilən vaxt investisiya qoya biləcəyi bazar şəraitinin yaradılması istiqamətində səylərimizi ikiqat artıracağıq", - deyə Prezident bildirib.