“Bu razılaşmanı İrana, İsrailə və ya hər hansı üçüncü ölkəyə qarşı yaradılmış ittifaq kimi qiymətləndirmək doğru deyil”.
Herbiand.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Newsweek” jurnalına müsahibəsində deyib.
Ərdoğan Məkkə Sazişinin hər hansı ölkəyə qarşı yaradılmış ittifaq olmadığını bildirib.
“Bu saziş daha təhlükəsiz, dinc və firavan gələcəyin qurulması üçün üzərimizə götürdüyümüz ortaq məsuliyyətin ifadəsidir”, - Türkiyə Prezidenti qeyd edib.