İraqın Nəcəf, Ərbil və Süleymaniyyə hava limanlarından İrana bütün gəliş və gediş reysləri dayandırılıb.
“Əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, Nəcəf hava limanının administrasiyası qərarın aidiyyəti qurumların rəsmi göstərişləri əsasında qəbul olunduğunu və sentyabrın 25-də saat 02:00-dan qüvvəyə mindiyini bildirib
Aviaşirkətlərə və əlaqədar yerüstü xidmət qurumlarına dayandırılan reyslərlə bağlı zəruri tədbirlər görmək tapşırılıb. Uçuşların bərpası ilə bağlı yeni göstərişlərin veriləcəyi təqdirdə aviaşirkətlərə məlumat çatdırılacağı qeyd olunub.
Məhdudiyyətlər İran aviasiya sektoruna qarşı ABŞ tərəfindən tətbiq edilən yeni sanksiyalar fonunda həyata keçirilir. Son günlər İran aviaşirkətlərinin beynəlxalq uçuşlarına dair analoji məhdudiyyətlərin bir sıra ölkələrdə tətbiq olunduğu bildirilir.
Yeni sanksiyaların 27 aviaşirkəti əhatə etdiyi, İran təyyarələrinin yanacaq təchizatı, eniş və yerüstü xidmətlərin göstərilməsi ilə bağlı şirkətlərin də sanksiya riski ilə üzləşə biləcəyi qeyd olunur.
AZƏRTAC