Rusiya Federasiyasında tütün və tərkibində nikotin olan məhsulların satışı ilə bağlı yeni qaydalar tətbiq olunub. Herbiand.az xəbər verir ki, qayda oktyabrın 1-dən qüvvəyə minib.
"RİA Novosti"nin yaydığı məlumata görə, tütün və tərkibində nikotin olan məhsulların, eləcə də onların istehsalı üçün xammalın alışı, saxlanılması, tədarükü, habelə pərakəndə və səyyar satışı lisenziyalaşdırılacaq.
Bununla belə, lisenziyasız bu cür fəaliyyətin həyata keçirilməsinə qoyulan qadağa 2027-ci ilin mart ayından qüvvəyə minəcək.
Lisenziyalar beş ildən çox olmayan müddətə veriləcək. Onların alınması üçün tələblər arasında dövlət rüsumunun ödənilməsi və 3 min rubldan çox vergi borcunun olmaması nəzərdə tutulub.
Qedye dək ki, sentyabrın əvvəlində Rusiyada ictimai nəqliyyat dayanacaqlarında siqaret, veyp və digər tütün məmulatlarının satışına qadağa qüvvəyə minib. İstisna yalnız dayanacağın yanında yerləşən ticarət obyektinin həmin yaşayış məntəqəsində bu tür malların satıldığı yeganə yer olduğu hallarda tətbiq edilir.
E.Cəfərli