Advertisment

Təyyarə avtomobil yoluna endi

Rusiyanın Ulyanovsk vilayətinin Karsun qəsəbəsi yaxınlığında iki təyyarə məcburi eniş edib. Herbiand.az xəbər verir ki, buna səbəb pilotlardan birinin səhhətinin pisləşməsi olub.

“Pilotun səhhətinin pisləşməsindən sonra iki yüngülmühərrikli təlim təyyarəsi avtomobil yoluna eniş edib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb”, -xəbərdə  bildirilir.

Məlumata görə, sentyabrın 30-da Blagoveşenskdən Zeya şəhərinə uçan sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən hava limanına qayıtmağa məcbur olub. Təyyarənin mühərriklərindən birində nasazlıq yaranıb. Bununla əlaqədar ekipaj təcili eniş üçün icazə istəyib və geri dönüb.

Təyyarə Blagoveşensk hava limanına uğurla enib, göyərtədə olan şəxslər arasında xəsarət alan olmayıb.

Bundan əvvəl Mineralnıye Vodıda tualetlərin sıradan çıxması səbəbindən bir təyyarə məcburi eniş edib.

Aydın