30 sentyabrda “Udomlya” kiçik raket gəmisi Amur gəmiqayırma zavodundakı təchizat körpüsündən çıxaraq Vladivostokdakı gəmiqayırma zavodunun çatdırılma bazasına yola düşüb. Bu, Rusiya Hərbi Dəniz Qüvvələrinin Sakit okean donanması üçün gəmiqayırma zavodunda inşa edilmiş “Karakurt” sinifli 2-ci kiçik raket gəmisidir.
Herbiand.az bu barədə Birləşmiş Gəmiqayırma Korporasiyasına istinadən bildirir.
Qeyd olunub ki, “Udomlya” Amur gəmiqayırma zavodunun çatdırılma bazasında lazımi sınaqlardan keçəcək və bundan sonra sifarişçi olan Rusiya Müdafiə Nazirliyinə təhvil veriləcək.
Gəminin uzunluğu 60 metr, eni 10 metrdir. Əsas silahlanmasına modernləşdirilmiş 76,2 mm-lik AK-176MA top dəsti, iki AK-630M zenit top sistemi və “Kalibr-NK” zərbə raket sistemi daxildir. AK-630M daha sonra “Pantsir-M” HHM sistemi ilə əvəz edilib.
Bəxtiyar CƏFƏRLİ