Macarıstanın Rusiyadakı müvəqqəti işlər vəkili Qabor Qergiç Xarici İşlər Nazirliyinə çağırılıb. Herbiand.az xəbər verir ki, ona etiraz bildirilib.
Rusiya XİN-in mətbuat xidmətinin məlumatına görə, etiraz Macarıstan hakimiyyətinin bir sıra rusiyalı diplomatdan ölkəni tərk etməyi əsassız şəkildə tələb etməsi ilə bağlı olub.
"Macar diplomata cavab olaraq Macarıstanın Moskvadakı Səfirliyinin, eləcə də Sankt-Peterburq və Kazandakı Baş konsulluqlarının bir qrup əməkdaşının iki həftə ərzində Rusiya Federasiyası ərazisini tərk etməli olduğu bildirilib",-deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, sentyabrın 8-də Macarıstanın xarici işlər naziri Anita Orban 10 rusiyalı diplomatın ölkədən çıxarıldığını bəyan etmişdi.
Onun sözlərinə görə, Rusiyanın Budapeştdəki səfirinə rusiyalı diplomatların ölkə ərazisində Vyana Konvensiyasına əsasən öz statusları ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqları bildirilib.
Aydın