Advertisment

Son illər Ukraynada yüzlərlə terror hücumu və təxribatın qarşısı alınıb

Son illərdə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) 400-dən çox terror hücumu və təxribatın qarşısını alıb. Xüsusilə, burada Ukrayna hərbi qulluqçuları hədəfə alınıb.

Herbiand.az bildirir ki, bu barədə UTX rəhbəri, general-mayor Aleksandr Poklad Müdafiəçilər Günü münasibətilə təbrik çıxışında qeyd edib.

Onun sözlərinə görə, bu gün UTX nəinki, cəbhə xəttindən yüzlərlə və minlərlə kilometr məsafədə unikal xüsusi əməliyyatlar həyata keçirir və düşməni döyüş meydanında məhv edir, həm də daimi mübarizə aparır, Rusiyaya ölkəni daxildən sabitləşdirmək üçün ən kiçik bir şans vermir: "Əks-kəşfiyyat zabitlərimiz hər gün rus casuslarını, agentlərini və xainlərini saxlayır. Ümumilikdə, UTX 400-dən çox terror hücumu və təxribatın qarşısını alıb. Və hər belə rəqəmin arxasında xilas olunmuş bir çox ukraynalıların həyatı var".

Poklad təhlükəsizlik xidməti zabitlərinin yeni texnologiyalar hazırladığını, silahları modernləşdirdiyini və mövcud silahları təkmilləşdirdiyini vurğulayıb: "Çünki əsas vəzifə düşməndən daha tez yeni şəraitə uyğunlaşmaqdır".

Bəxtiyar CƏFƏRLİ