Silahların inkişafı və döyüş əməliyyatlarının dəyişən xarakteri tank birləşmələrinin təşkilati strukturunun yenidən nəzərdən keçirilməsini və onların döyüş qabiliyyətlərinin daha da genişləndirilməsini tələb edir.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Quru Qoşunlarının Baş Komandanı Andrey Mordviçev "Krasnaya Zvezda" qəzetinə verdiyi müsahibədə bildirib.
O, qoşunların atəş gücünün artırılmasına xüsusi diqqət yetiriləcəyini deyib: “Süni intellekt elementləri olan müasir atəş idarəetmə sistemlərinin tətbiqi planlaşdırılır. Bütün bunlara müxtəlif coğrafi və iqlim şəraitində etibarlı əməliyyat təmin edən yeni nəsil tank ailələrinin inkişafı yolu ilə nail olunacaq".
Bəxtiyar CƏFƏRLİ