Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı qəzaya uğrayıb. Herbiand.az xəbər verir ki, bu barədə qurumun “telegram” kanalında məlumat yayıb.
Məlumata görə, təyyarəni 40-cı taktiki aviasiya briqadasının eskadrilya komandiri Marat Mambetov idarə edirmiş.
“Döyüş tapşırığını yerinə yetirərkən təyyarə düşmən raketinin zərbəsi nəticəsində vurulub. Pilot katapult etməyi bacarıb, lakin təəssüf ki, həyatını itirib”,- deyə məlumatda qeyd olunur.
Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı təyyarənin hansı istiqamətdə qəzaya uğradığını açıqlamayıb.
Qeyd edək ki, avqust ayında Odessa vilayətində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğramışdı.
Aydın