“Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında nəvələrindən söz açan Rusiya prezidenti Vladimir Putin onların qeyri-adi bacarıqlarından bəhs edib.
Herbiand.az xəbər verir ki, prezident nəvələrinin Çin dilində danışdığını bildirib.
“Mənim nəvələrim tərcüməçi işləyəcəklər, onlar Çin dilində danışırlar”-deyə, Rusiya lideri bildirib.
Qeyd edək ki, dövlət başçısı ötən il nəvələrindən birinin Çin dilində sərbəst danışdığını söyləmişdi. “Mənim nəvəmin Pekindən olan dayəsi var, o, Çin dilində sərbəst danışır”-deyə, Kreml rəhbəri bildirmişdi.
Aydın