Advertisment

Səfirliklər paytaxtdan köçürülə bilər-Plan hazırlanıb

Kiyevdə vəziyyət bir az da pisləşərsə, Qərb ölkələri səfirliklərini Ukrayna paytaxtından köçürməyi düşünür. Herbiand.az xəbər verir ki, bununla bağlı plan da hazırlanıb.

“The Guardian” qəzeti diplomatik mənbələrə istinadən xəbər verir ki, səfirliklər Lvov şəhərinə və ya Polşanın şərq bölgələrinə köçürülə bilər.

Diplomatlardan biri açıq şəkildə vəziyyətin sürətlə pisləşdiyini bildirib. Nəşr Kiyev meri Vitali Kliçkonun da sözlərini dərc edib. Mer şəhərdə vəziyyətin çox gərgin olduğunu bildirib.

Onun sözlərinə görə, artıq “sülh dövründə yaşayırmışıq kimi” davranmaq mümkün deyil.

Aydın

Herbiand.az