Şimal Donanmasının Kolski flotiliyasının sualtı qayıq əleyhinə döyüş bölməsi Barents dənizində təlimlər keçirib. “Severomorsk” və “Vitse-admiral Kulakov” gəmiləri bir sıra artilleriya və zenit atəşi təlimləri keçirib.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hava hücumundan müdafiə təlimləri zamanı hər iki gəminin “Kinjal” zenit-raket sisteminin ekipajları simulyasiya edilmiş hava hədəfinə - İl-38 təyyarəsi tərəfindən atılan işıqlandırılmış bombaya atəş açıblar.
Nazirlikdən bildirilib ki, təlim zamanı gəmilərin elektron müharibə sistemləri və avadanlıqları fəal şəkildə istifadə edilib.
Təlimin son mərhələsində simulyasiya edilmiş sualtı hədəfə raket atıcıları və torpedalar atılıb.
Bəxtiyar CƏFƏRLİ