Dünya şöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Çarlz Veylinin rəhbərlik etdiyi beynəlxalq səyyahlar qrupunun Qarabağa səfəri davam edir.
Herbiand.az-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar Cəbrayıl rayonunda mina partlayışını əks etdirən görüntüləri izləyib.
Qeyd edək ki, mina və partlamamış hərbi sursatlar azad edilmiş ərazilərdə insanların təhlükəsiz qayıdışına və quruculuq işlərinə ciddi maneə yaradır. Bu cür görüntülərin beynəlxalq ictimaiyyətə çatdırılması mina probleminə diqqətin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.