Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına növbəti hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb.
Bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, hücum oktyabrın 11-də gündüz saatlarında baş verib.
“Hücum nəticəsində ölkədə yaşayan Pakistan vətəndaşı həyatını itirib, daha 11 nəfər yaralanıb. Yaralılar zəruri tibbi yardım göstərilməsi üçün dərhal xəstəxanaya çatdırılıblar”, – qurumun “X” sosial şəbəkəsində yayımladığı açıqlamada qeyd olunub.
Məlumata görə, hücum hava limanına maddi ziyan da vurub. Hazırda dəymiş ziyanın miqyası qiymətləndirilir.
Qeyd edək ki, oktyabrın 10-da Ər-Riyad hava limanına endirilən əvvəlki zərbə nəticəsində azı 12 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.
Teleqraf