Rusiya Müdafiə Nazirliyi hərbi neyron şəbəkələrini öyrətmək məqsədilə, ixtiraçılara pilotsuz uçuş aparatlarının (PUA) döyüş istifadəsindən obyektiv monitorinq məlumatlarına çıxış təmin edən xidmət yaradıb.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, dron ixtiraçıları həm kopterlərin, həm də sabit qanadlı FPV dronlarının və digər PUA-ların istifadəsindən emal olunmuş video görüntüləri ehtiva edən ixtisaslaşdırılmış anbara giriş əldə edirlər.
Məlumata görə, artıq 40-dan çox təşkilat xidmətə qoşulub.
Bəxtiyar CƏFƏRLİ