Şimal donanmasının hərbi gəmilərinin bir dəstəsi böhranı həll etmək üçün Arktikada taktiki təlim keçirib. Hərbçilər desant qüvvələrinin limana enişini məşq edib.
Herbiand.az xəbər verir ki, bu barədə donanmanın mətbuat xidmətindən bildirilib.
Manevr ssenarisinə əsasən, şərti düşmən Dudinka dəniz limanını ələ keçirib. Gəmilərin heyətləri praktiki desant əməliyyatları həyata keçirib və obyekti qanunsuz silahlı qruplardan azad ediblər.
Missiyanı yerinə yetirmək üçün Ka-29 helikopterindən və dronlardan fəal şəkildə istifadə olunub.
Bəxtiyar CƏFƏRLİ