Advertisment

Sankt-Peterburqa edilən kütləvi dron hücumu nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb

Ukrayna Silahlı Qüvvələrinin Sankt-Peterburqa etdiyi kütləvi dron hücumu nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb.

Herbiand.az xəbər verir ki, bu barədə Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov bildirib.

Onun sözlərinə görə, PUA hücumu nəticəsində 12 mənzilli bina və iki şəxsi evə ziyan dəyib.

Qubernator qeyd edib ki, xilasedicilər Sankt-Peterburq Neft Terminalında, Ruçyi neft anbarında və Kolpino rayonundakı sənaye anbarlarında yanğınları söndürməyə davam edirlər.