ABŞ ordusu noyabrın 7-də Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb.
Herbiand.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
CENTCOM-un məlumatına görə, gəminin mülki heyəti dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayıb və İranın dəniz blokadasını bir neçə dəfə yarmağa cəhd edib.
Bildirilib ki, gəminin arxa hissəsinə yüksək dəqiqlikli silahlarla zərbə endirilib.
APA