Rusiya sahibkarları sənaye müəssisələrini qorumaq üçün nəzərdə tutulmuş yeni hava hücumundan müdafiə sistemlərinin inkişafına pul və resurslar yatırmağa hazırdır.
Herbiand.az bildirir ki, bu açıqlamanı Rusiya Sənayeçi və Sahibkarlar Birliyinin rəhbəri Aleksandr Şoxin verib.
Onun sözlərinə görə, biznes nümayəndələri sənaye obyektlərinin hava təhdidlərindən təhlükəsizliyini artıracaq layihələrin birgə maliyyələşdirilməsi imkanlarını nəzərdən keçirirlər: “Belə investisiyaları stimullaşdırmaq üçün investisiya vergisi endirimi mexanizmindən istifadə etməyi təklif edirəm. Belə tədbir özəl şirkətləri yeni hava hücumundan müdafiə sistemlərinin inkişafına cəlb etməyə kömək edəcək”.
Şoxin həmçinin vurğulayıb ki, müdafiə sistemləri dizayn edilərkən yalnız müəssisələrin mövcud ehtiyaclarını deyil, həm də potensial uzunmüddətli təhdidləri nəzərə almaq vacibdir: “Biz iqtisadiyyatımızı qorumaq üçün uzunmüddətli strategiya haqqında düşünməli, proaktiv şəkildə işləməli və mümkün inkişafları proqnozlaşdırmalıyıq”.
Bəxtiyar CƏFƏRLİ