American Airlines aviaşirkətində ən yaşlı stüardessası olan Kerol Fer 63 il çalışdıqdan sonra təqaüdə çıxıb. O, 83 yaşında istirahətə getmək qərarına gəlib.
Herbiand.az bu barədə People nəşrinə istinadən xəbər verir.
Karyerasının son uçuşu 26 oktyabr 2026-cı ildə Londondan Şimali Karolinanın Şarlotta şəhərinə olub. Fer 1963-cü ildən, yəni 19 yaşında Piedmont Airlines aviaşirkətində karyerasına başladığı vaxtdan bəri stüardessa işləyib.
Nəşr qeyd edib ki, o, aviaşirkətin 30.000 stüardessası arasında ən uzun müddət xidmət edən işçi kimi təqaüdə çıxıb.
"Sadəcə vaxt gəldi. 30.000 nəfər arasında birinciyəm və daha yüksəkdə uça bilmərəm", - Fer təqaüdə çıxmaq qərarı ilə bağlı bildirib.
Bəxtiyar CƏFƏRLİ