Nüvə enerjisi ilə işləyən "Generalissimus Suvorov" ballistik raket sualtı qayığının heyəti döyüş hazırlığı planına uyğun olaraq Arxangelsk bölgəsindəki Çija sınaq poliqonunda "Bulava" qitələrarası ballistik raketini buraxıb.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, raketin buraxılışı Oxot dənizində sualtı mövqedən həyata keçirilib.
Bu sualtı qayıqlar 16 ədəd R-30 "Bulava" qitələrarası ballistik raket daşıyır. Buraxılış çəkisi 36,8 ton, atış çəkisi (faydalı yük) 1150 kq, maksimal uçuş məsafəsi isə 9300 km-ə qədərdir. Hər döyüş başlığının gücü 100 ilə 150 kiloton arasında dəyişir.
Bəxtiyar CƏFƏRLİ