Advertisment

Bakıda növbəti əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakı şəhərində növbəti əmək yarmarkası keçirilib.

Herbiand.az xəbər verir ki, yarmarkada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Xətai Rayon İcra Hakimiyyətinin rəsmiləri, işəgötürənlər və işaxtaran şəxslər iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev aktiv məşğulluq tədbirlərindən biri olan əmək yarmarkalarının əhalinin məşğulluğunun təmin edilməsində effektiv alətlərdən biri olduğunu bildirib. Nazir müavini cari ildə də 200-ə yaxın əmək yarmarkasının keçirildiyini, bu aktiv məşğulluq tədbirlərinin işaxtaran şəxslərlə işəgötürənlər arasında birbaşa əlaqənin qurulmasına, vakansiyalar barədə məlumatlılığın artırılmasına imkan yaratdığını vurğulayıb.

Əmək yarmarkasında 150 müəssisə tərəfindən 1000-dən artıq vakansiya təqdim olunub. Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.

Agentliyin tabeliyindəki Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da yarmarkada öz stendləri ilə təmsil olunub.

İşsiz və işaxtaran vətəndaşlara peşə hazırlığı kursları, həmin kurslara müraciət qaydaları barədə ətraflı məlumat verilib. Yarmarka çərçivəsində Mərkəzi Karyera Filialı tərəfindən iştirakçılara peşəyönümü məsləhət xidməti ilə bağlı məlumatlandırma təlimi də keçirilib.