Advertisment

"Stoykiy" korveti Ka-27 helikopterləri ilə təlim keçib

Baltik Donanmasının dəniz aviasiyasının Ka-27 helikopter heyəti "Stoykiy" korvetinin göyərtəsində eniş məşqləri edib. Onlar gəmidə, həm də suda ümumilikdə, təxminən 10 eniş həyata keçiriblər ki, bunların bəziləri gecə baş verib.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir.

Nazirlik qeyd edib ki, gəmi və uçuş heyəti arasında qarşılıqlı əlaqənin tətbiqi, dənizçilər və pilotlar üçün peşəkar təlimin elementlərindən biridir. Gəmiyə enişlər daşıyıcı aviasiya pilotları üçün ən çətin təlim növüdür. Pilotlar əvvəlcə aerodrom uçuşları, sonra marşrut uçuşları həyata keçirirlər və yalnız bundan sonra gəmiyə eniş etməyə icazə verilir.

Təlim çərçivəsində pilotlar düşmən sualtı qayıqlarını axtarmaq və izləmək üçün taktiki texnikaları da tətbiq ediblər. Həmçinin, dəniz poliqonunda sualtı qayıq əleyhinə missiyalar zamanı gəmi ilə işləyiblər.

Təlimlərdə beşdən çox gəmi əsaslı helikopter heyəti iştirak edib.

Bəxtiyar CƏFƏRLİ