Advertisment

Fire Point Danimarkadan böyük məbləğdə kredit alıb

Danimarka hakimiyyəti Ukraynanın raket və pilotsuz təyyarə istehsalçısı Fire Point şirkətinin Danimarkadakı törəmə şirkətinə 112 milyon dollarlıq dövlət krediti ayırıb.

Herbiand.az xəbər verir ki, bu barədə Danimarkanın sahibkarlıq və rəqabət nazirliyinin mətbuata açıqlamasında bildirilib.

Nazirlik xatırladıb ki, ötən il Fire Point şirkəti öz müəssisəsini Cənubi Yutlandiyada yerləşdirib.

Ölkənin müdafiə naziri Eppe Bruus deyib ki, Danimarka Ukrayna müdafiə şirkətinin yaradılmasına razılaşan ilk ölkə olub: "Danimarkanın Ukrayna müdafiə sənayesinə dəstəyi Ukrayna silahlı qüvvələrinin döyüş hazırlığını artırır. Ukraynanın etibarlı təchizat zəncirləri vasitəsilə daha vacib müdafiə avadanlığı və texnologiyası alması son dərəcə vacibdir".

Bəxtiyar CƏFƏRLİ