Advertisment

Zelenski: Ukrayna Donbassı təslim edərsə, Rusiya Dnepr və Pavloqrada yürüş edəcək

Rusiya Ukraynadan müharibəyə son qoymaq üçün Donetsk bölgəsindəki əsas şəhərləri - Slavyansk, Kramatorsk və Drujkovkanı təhvil verməsini tələb etməyə davam edir.

Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "The Diary of a CEO"ya verdiyi müsahibədə bildirib.

Zelenski qeyd edib ki, bu, birbaşa Dnepropetrovsk bölgəsinə - Pavloqrada, Dneprə aparır: “Bunlar həyati mərkəzlərdir... Krivoy Roq mənim doğma şəhərimdir, Nikopol isə sənaye, mühəndislik və istehsal mərkəzidir. Bu, ölkəmizin iqtisadiyyatıdır”.

O, deyib ki, Ukraynanın Donetsk bölgəsinin nəzarətdə olan hissəsinin Rusiyaya təslim edilməsi təhlükəlidir, çünki orada Ukrayna Silahlı Qüvvələrinin möhkəmləndirilmiş müdafiə xətti yerləşir: "Əgər biz onlara bu şəhərləri versək, risk çox böyük olacaq. Əgər onlar daha da irəliləmək istəsələr, irəliləsələr, çox sayda şəhərimizi ələ keçirə bilərlər. Və risk realdır. Heç kim heç nəyə zəmanət vermir".

Bəxtiyar CƏFƏRLİ