Advertisment

Finlandiya prezidenti Zelenskiyə: "Əslində, Ukrayna minnətdar olmalıdır"

Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ dövlət başçısının xüsusi elçisi Stiv Uitkoffla görüşündən əvvəl Finlandiya prezidenti Aleksandr Stubb və Norveçin baş naziri onu "minnətdar olmağa" çağırıblar.

Herbiand.az bildirir ki, söhbətin kameraya çəkilmiş videosu ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn tərəfindən X sosial səbəkədə yerləşdirilib.

Görüntülərdə Stubb həmsöhbətinə xatırladır: "Əslində, Ukrayna minnətdar olmalıdır. Unutma!" Zelenski cavab verir: "Bəli, bəli." Daha sonra Finlandiya prezidenti ona xəbərdarlıq edir: "Əks halda, sənin çətinliklərin olacaq".

Flinnin qənaətinə görə, bu səhnə onu göstərir ki, avropalı siyasətçilər Uitkoffun Kiyevin davranışından narazı qalacağı təqdirdə, Amerikanın silah və maliyyə təchizatını dayandıra biləcəyindən qorxurlar.

Bəxtiyar CƏFƏRLİ