Advertisment

ABŞ-ın strateji bombardmançı təyyarəsinin ölçüləri məlum olub

İllərdir gözləntilərdən sonra mütəxəssislər nəhayət ki, ABŞ-ın yeni B-21 strateji bombardmançı təyyarəsinin əsl ölçülərini müəyyən ediblər.

Herbiand.az xəbər verir ki, bu barədə Google Earth-in yeni peyk görüntüsünü təhlil edən TWZ portalı məlumat verib.

Bunun sayəsində əminliklə demək olar ki, B-21-in qanad genişliyi təxminən 46,3 m, uzunluğu isə 18,6 m-dir. Beləliklə, B-21-in qanad genişliyi B-2-lərdən təxminən 12% kiçikdir. Strateji bombardmançı təyyarələrin uzunluğunda da oxşar fərq - təxminən 12% müşahidə olunur.

Əvvəllər bir çox aviasiya müşahidəçiləri yeni təyyarənin qanad genişliyinin 130 futdan (39,6 m) çox olmadığını iddia edirdi. Bu qiymətləndirmələr artıq aktual deyil.

Bəxtiyar CƏFƏRLİ