Advertisment

Ukraynanın iki şəhərində əhali məcburi təxliyyə edilir

Ukraynanın nəzarətində olan Donetsk vilayətinin ərazisində, o cümlədən Slavyansk və Kramatorsk şəhərlərində məcburi təxliyyə elan edilib.

Herbiand.az xəbər verir ki, bu barədə Kiyevin nəzarətində olan bölgənin hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, uşaqlı ailələrin məcburi təxliyyə zonasının əhatə dairəsi genişləndirilib.

Belə ki, məcburi təxliyyə tədbirləri artıq Kramatorsk və Slavyansk icmalarının bütün yaşayış məntəqələrini əhatə edir.

Təxliyyə prosesinə polis əməkdaşları və Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin qrupları cəlb olunub.

Aydın

Herbiand.az